Azərbaycan Premyer Liqasının XV turunun "Keşlə" – "Səbail" oyununda böyükhesablı nəticə qeydə alınıb. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzub.

Paytaxt təmsilçisi bunadək 15 matçda böyükhesablı məğlubiyyət almışdı. "Keşlə" öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşib. Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da "Qarabağ"la görüşdə yaşanmışdı – 0:3."Səbail" isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəlib. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin yetirmələrinin belə qələbələri səfərdə əldə olunub.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest