Mövsümün ikinci yarısının ilk oyunu “Zirə”nin 5 futbolçusu üçün yubiley xarakteri daşıyıb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşü (0:2) bu oyunçular üçün Azərbaycan çempionatında yubiley qarşılaşması kimi yadda qalıb.

Hazırda bakılıların heyətində yer alan futbolçular arasında rekordçu olan Vüqar Mustafayev komanda ilə 70-ci dəfə Premyer Liqa matçına çıxıb.

Zirə İdman Kompleksindəki görüş daha 4 futbolçu uz üçün yaddaqalan olub. Bu matç İlkin Muradov üçün 30-cü olubsa, Kamal Bayramov 25-ə, Mirsahib Abbasov 20-yə, Miloş Radivoyeviç isə 10-a çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest