Yaponiyada qadın voleybolçular arasında dünya çempionatı davam edir. Matç.az saytının məlumatına görə, bu gün qruplarda III turun oyunları keçirilib.

Azərbaycan millisinin yer aldığı C qrupunda daha 2 görüş baş tutub. Autsayder Trinidad və Tobaqo bu dəfə Tailanda məğlub olub – 1:3. Digər qarşılaşmada isə ABŞ Cənubi Koreyaya qalib gəlib (3:1).

3 turdan sonra ABŞ 9 xalla qrupa başçılıq edir. Rusiyanın aktivində 8, Tailandda isə 6 xal var. Millimiz 3 xalla qrupda 4-cü sırada yer alır. Cənubi Koreya 1 xal toplaya bilibsə, Trinidad və Tobaqo ilk 3 matçda xalsız qalıb.

Yığmamız növbəti oyununu sabah Trinidad və Tobaqoya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Rusiyaya 0:3 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest