Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, Almaniyada "Leypsiq" Şotlandiyanın "Reyncers" komandasını sınağa çəkib və minimal hesabla qalib gəlib.

"Vest Hem" isə doğma meydanda Almaniyanın digər təmsilçisi "Ayntraxt"la (Frankfurt) qarşılaşıb. "Ayntraxt" Avroliqanın 1/4 mərhələsində İspaniya nəhəngi "Barselona"nı mübarizədən kənarlaşdırlmaqla çoxunun təəccübünə səbəb oldu. Bu baxımdan, Frankfurt təmsilçisinin "Vest Hem"lə görüşlərinin nəticəsi maraqla gözlənilirdi. Almaniya təmsilçisi İngiltərə klubuna da səfərdə qalib gəlməyi bacarıb.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

Leypsiq (Almaniya) – Reyncers (Şotlandiya) 1:0
Qol: Anxelinyo, 85.
Baş hakim: Benoit Bastien (Fransa).

Vest Hem (İngiltərə) – Ayntraxt (Almaniya) 1:2
Qol: Antonio, 21 – Knauff, 1. Kamada, 54.
Baş hakim: Sərdar Gözüböyük (Niderland).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest