Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, bu ada Şotlandiyanın "Reyncers" klubundan Ceyms Tavernye layiq görülüb.
 
31 yaşlı müdafiəçi Almaniyanın "Leypsiq" komandasına 3:1 hesabı ilə qalib gəldikləri görüşdə vurduğu qolla diqqət mərkəzinə düşüb.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına İngiltərənin "Vest Hem" klubundan Deklan Rays, Almaniya "Leypsiq"indən Kristofer Nkunku və "Ayntraxt"dan (Frankfurt, Almaniya) Evan Ndikka da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest