21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün klubu "Giresunspor" baş məşqçisini dəyişib. Matc.az saytı xəbər verir ki, ümit özatla yollarını ayıran Giresun təmsilçisi bu postun yeni sahibini rəsmən açıqlayıb.

Belə ki, Spor Toto I Liqa təmsilçisini bundan sonra Kemal Kılıç çalışdıracaq. Kılıç debüt görüşünü sabah XXI tur çərçivəsində "Umraniyespor"a qarşı keçirəcək.

Qeyd edək ki, "Giresunspor" 20 turdan sonra 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest