"çox xoşbəxtəm. Bu, mənim qürur səbəbimdir. Bu mükafatı qazanmaq çətindir, çünki buna layiq xeyli oyunçu var". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının futbolçusu Kərim Benzema deyib. 
 
Fransa Futbol İttifaqının seçiminə əsasən, ən yaxşı fransız oyunçu seçilən Benzema bildirib ki, hədəfi "Qızıl top" mükafatına sahib olmaqdır:  "Uşaqlıqda arzuladığım hücumçuya çevrildim? Məncə, bəli. Statistika mənim üçün ən vacib şey deyil. çalışıram ki, komandaya mümkün qədər çox qol vurmağa kömək edim. Əlbəttə, "Qızıl top"u arzulayıram, amma komandanın maraqlarını öz maraqlarımdan üstün tutsam, onu əldə edəcəm".
 
Qeyd edək ki, Benzema bu mövsüm bütün turnirlərdə 44 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest