"Neftçi"nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, onun yubileyi "Zirə" ilə XXVII turun oyununa təsadüf edib. Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.
 
50 matçda 3 qol vuran yarımmüdafiəçi bütün oyunları "Neftçi"nin heyətində keçirib. Bakı klubunda 2020/21 mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan Lavalın hesabında 1 top var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest