"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan yayda klubdan ayrılmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Türk əsilli alman futbolçu daimi oyun şansı qazanmaq istəyir. Lakin Premyer Liqa təmsilçisinin baş məşqçisi Xosep Qvardiola buna təminat verə bilmir. Ona görə də Gündoğan 2021/22 mövsümünün sonunda "Mançester Siti"dən ayrılacaq. 
 
Qeyd edək ki, Gündoğan Premyer Liqada bu mövsüm  26 oyuna 6 qol vurub və 4 qolun ötürməsini verib. O,  2016-cı il iyul ayından bu komandada oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest