Batumi "Dinamo"sunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın "Napoli"yə keçidi tam rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
 
Sövdələşmənin məbləği, həmçinin tərəflər arasındakı müqavilənin detalları açıqlanmır. Lakin İtaliya mediasının məlumatına görə, Gürcüstan klubu bu keçidə görə 10 milyon avro irəli düşüb. Xviça isə yeni klubunda ilinə təxminən 1 milyon avro alacaq.
 
Kvaratsxeliya 2021/22 mövsümünə Kazan "Rubin"ində başlamışdı. Martın sonunda Rusiya klubu futbolçu ilə müqavilənin dayandırıldığını açıqlamışdı. Futbolçu bundan sonra Batumi "Dinamo"su ilə 2 illik müqavilə imzalamışdı.
 
Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest