Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Arsenal" bu gün Bakıya gəlir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, londonluların 5 oyunçusunun iştirak ərizəsinə salınmayacağı dəqiqdi.

Baş məşqçi Unay Emeri yarımmüdafiəçi Henrix Mxitaryan və qapıçı Petr çexlə yanaşı, daha 3 oyunçunun xidmətindən məhrum olacaq. Onlar arasında ən diqqətçəkəni müdafiəçi Loren Koselnidi. Fərdi məşqlərə yenicə başlayan kapitanın noyabrda sıraya dönməsi gözlənilir.

Bundan başqa, Avropa Liqası üçün iştirak ərizəsinə adları salınan müdafiəçi Konstantinos Mavropanos və yarımmüdafiəçi Eynsli Mitland-Nilz də zədədən əziyyət çəkirlər.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Arsenal" görüşünün start fiti 20:55-də səslənəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest