Futbolun İnkişaf Fondu və "Mingəçevir" futbol klubu 2022/23 mövsümü üçün limitli sayda mövsümlük biletləri satışa çıxarıb. Matc.az xəbər verir ki, artıq avqustun 24-dən I Divizionda oyunlar başlayır. Oyunlara giriş biletlə olacaq. Biletin qiyməti 1 AZN təşkil edir. 
 
Bununla yanaşı, limitli sayda satışa çıxacaq mövsümi bilet əldə edərək, siz stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (I Divizion, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilərsiniz. Biletin qiyməti 15 AZN təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest