İngiltərə çempionu "Mançester Siti" daha iki futbolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi müdafiəçisi İssa Kaboreni Marsel "Olimpik"inə, hücumçusu Liam Delapı isə "Stok Siyi"yə icarəyə verib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq.
 
İssa Kabore Mançester təmsilçisinə 2020-ci ilin yayında Belçikanın "Mexelen" klubundan 4.5 milyon avro qarşılığında keçib. Burkina Fasodan olan 21 yaşlı futbolçu ötən mövsümü Fransanın digər təmsilçisi "Trua"da icarədə keçirib. O, bu komandada 32 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Burkina Faso yığmasında 27 oyun keçirmiş sağ cinah müdafiəçisi, 2 qol da vurub.
 
Liam Delap isə "Mançester Siti" klubunun öz yetirməsidir. İngiltərədən olan 19 yaşlı futbolçu ilk dəfə fərqli bir klubun formasını geyinəcək. İngiltərənin U-19 yığmasının da üzvü olan futbolçu, "şəhərlilər"in əsas komandasında 6 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest