çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb. Matc.az saytının məlumatına görə, UEFA azarkeşlərin səsverməsi nəticəsində "ilk 11-liy"i elan edib.

Rəmzi heyətdə "Şalke" səfərində əzmkar qələbə qazanan "Mançester Siti"nin dörd futbolçusu yer alıb.

"Yuventus"a iki qol vuran "Atletiko"nun uruqvaylı mərkəz müdafiəçiləri Qodin və Ximenez də mövcud heyətdə özünə yer edib.

Qapıçı: Antoni Lopeş ("Lion")

Müdafiəçilər: Dieqo Qodin, Xose Ximenes (hər ikisi "Atletiko"), Mats Hummels, David Alaba (hər ikisi "Bavariya"), Jordi Alba ("Barselona")

Yarımmüdafiəçilər: Nabil Bentaleb ("Şalke"), David Silva, Rahim Sterlinq, Leroy Sane (hamısı "Mançester Siti")

Hücumçu: Serxio Aquero ("Mançester Siti")

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest