Fransa millisinin keçmiş oyunçusu Lassana Diarra karyerasını başa vurub. Matc.az saytının məlumatına görə, son klubu PSJ olan yarımmüdafiəçi bu barədə özü instaqram hesabından açıqlama verib.

O, bu gün Paris klubu ilə qüvvədə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

Karyerası ərzində "çelsi", "Arsenal", "Real", "Anji", "Lokomotiv" "Marsel" kimi klublarda çıxış etmiş 33 yaşlı Lassana daha çox "kral klubu"nda çıxış edərkən geyindiyi 10 nömrəli forma ilə məşhurlaşmışdı.

Qeyd edək ki, Diarranın karyerasını bitirdikdən sonra özəl biznesi ilə məşğul olacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest