"Birinci oyunda müdafiədə müəyyən səhvlərə yol vermişdik. Dünən məşq zamanı onları düzəltməyə çalışdıq". Matc.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Türkiyə U-19 millisinin baş məşqçisi Murat Kaya deyib.

Hazırlıq oyununda millimizlə qarşılaşan qardaş ölkə yığması böyükhesablı qələbə qazanıb – 10:1.

Matçdan sonra açıqlama verən türk mütəxəssis fikirlərini bölüşüb: "Bilirdik ki, rəqibimiz əsas standart vəziyyətlər zamanı təhlükəli olur. Bu dəfə səhvsiz oynadıq, sürəti artırmağa çalışdıq. Göstərdiyiniz qonaqpərvərliyə, diqqətə görə təşəkkürümüzü bildiririk. Bizim üçün faydalı oyunlar oldu".

Qeyd edək ki, iki komanda arasındakı ilk qarşılaşmada da Türkiyə yığması qələbə qazanmışdı – 5:3.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest