"çelsi"nin məşqçisi Canfranko Zola xəstəxanaya düşüb. Matc.az saytının məlumatına görə, ötən həftə əməliyyat olunan italiyalı mütəxəssis yarasının infeksiya qapması səbəbindən yenidən həkimə müraciət etməli olub.

Onun hansı müddətə qədər xəstəxanada qalacağı barəsində xəbər verilməyib. Daha əvvəl İngiltərə mətbuatında çıxan xəbərlərdə Zolanın Maurisio Sarrinin istefaya yollanması halında mövsümün sonuna qədər komandaya rəhbərlik edəcəyi yayılmışdı.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis futbolçuluq dönəmində 1996-2003-cü illərdə "çelsi"nin şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest