İvan Rakitiçin "Barselona"dan ayrılmasına az qalıb. Matc.az saytının məlumatına görə, artıq kataloniyalılar onun keçidi ilə "İnter"lə danışıqlara start verib.

İtaliya mətbuatı iddia edir ki, Milan təmsilçisi Xorvatiya millisinin üzvü ilə 2022-ci ilə qədər müqavilə bağlamaq istəyir.

Daha əvvəl "İnter"in Kataloniya klubuna 40 milyon avro təklif etdiyi bildirilirdi. Futbolçu özü isə illik 6.5 milyon avro qazana bilər.

Qeyd edək ki, "Barselona" Rakitiçə 65 milyon avro qiymət qoyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest