Avropa Liqasının 1/8 final mərhələsində evdə "Sürix"lə qarşılaşan "Napoli" 2:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, bununla da Karlo Ançelottinin yetirmələrinin doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası 17-ə çatıb.

13 qələbə qazanaraq 4 dəfə də bərabərlik əldə edən neapollular bu mövsüm TOP-5 liqasında ev oyunlarında uduzmayan iki komandadan biridir. Digər komanda isə "Borussiya"dır.

Sonuncu dəfə evdə 2018-ci ilin mart ayında "Roma"ya uduzan "Napoli" o vaxtdan bəri 19 qələbə və 5 heç-heçə ilə evdə ən uzun məğlubiyyətsizlik seriyasına malikdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest