19 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 24-də təlim-məşq toplanışına start verəcək. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamız ayın 27-dək paytaxtda hazırlıq keçəcək.

Fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq "Kuban Baharı" turnirində iştirak edəcək qızlarımızın heyəti açıqlanıb. Məşqçilər korpusu turnir üçün 20 futbolçuya dəvət göndərib ki, onlardan 2-si Almaniyada çıxış edir.

U-19-un heyəti: Elvira Əsgərzadə, Minarə Gözəlova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova, Həqiqət Qasımova (hamısı 8 â„–-li İOEUGİM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı "Keşlə"), Rövşanə Sərdarlı, Ayşən Əhmədova, Vüsalə Seyfəddinova (hamısı "Uğur"), Alina Nahmadova, Umnisə Əliyeva, Ləman Niftəliyeva (hamısı "Fidan"), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi "Qəbələ"), Neslihan Bozkaya ("Kemer"), Seval Cakan ("Essen-Şönebek", Almaniya), Dilara Deli Soley ("FSV Gütersloh", Almaniya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest