"Real"ın yarımmüdafiəçisi Luka Modriçin taleyinə aydınlıq gəlib. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, İtaliyaya köçməsi gözlənilən ulduz futbolçu fərqli qərar verib.

Belə ki, Modriç "kral klubu" ilə müqavilə müddətini uzadıb. Yeni sazişə əsasən, Xorvatiya millisinin üzvü 2021-ci ilə - yəni 36 yaşına qədər Madrid klubuna məxsus olacaq. "Real"ın prezidenti Florentino Peres onun karyerasını məhz bu komandada bitirməsini istəyir.

Qeyd edək ki, Luka Modriçin əvvəlki sözləşmə müddəti 2020-ci ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest