"Atletiko"nun baş məşqçisi Dieqo Simeone cəzalandırıla bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"la ilk oyundakı hərəkətidi.

Belə ki, komandasının qolundan sonra argentinalı mütəxəssis tribunalara tərəf nalayiq hərəkətlə diqqət çəkib. Bu addımına görə, UEFA onu cəzalandırıb-cəzalandırmayacağını müzakirə edəcək. Təcrübəli mütəxəssis diskvalifikasiyaya məruz qalsa, bir neçə avrokubok oyununu tribunadan izləməli olacaq.

Qeyd edək ki, "Atletiko" ilk oyunda "Yuventus" üzərində 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü martın 12-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest