Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Nant" (Fransa) oyununun biletləri sentyabrın 11-dən satışa çıxarılıb. Matc.az xəbər verir ki, artıq bu qarşılaşmaya 21 min bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
 
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).
 
Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu görüşə saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest