Futzal üzrə Azərbaycan kubokunun püşkatma mərasiminin vaxtı müəyyənləşib. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, tədbir fevralın 25-də baş tutacaq.

Bakı İdman Sarayının mətbuat konfransı otağında keçiriləcək görüşdə 1/8, 1/4 və 1/2 final mərhələlərinin püşkü atılacaq.

Qeyd edək ki, ölkə kubokunda 1/8 final mərhələsinin oyunları martın 5-də və 6-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest