Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində çexiyaya qarşı keçirdikləri səfər oyununda ciddi zədə alıb.

Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu ilk hissədə top uğrunda mübarizə zamanı meydan sahiblərinin qapıçısı Tomaş Vatsliklə toqquşub.

Nəticədə təcrübəli forvardın burnu əzilib. Həkimlər qanı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.

Ronaldonun 90 dəqiqə oynadığı bu qarşılaşmada komandası 4:0 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest