UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu - 6-cı turun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasında Macarıstan İtaliyanı qəbul edib. Son Avropa çempionu final mərhələsinə yüksəlmək üçün səfərdən qələbə ilə dönməliydi. Meydan sahiblərinə heç-heçə də kifayət edəcəkdi. Amma İtaliya yığması səfərdə inamlı qələbə sayəsində qrup qalibi olub. 3-cü qrupda Almaniyanı qəbul edən İngiltərənin aşağı liqaya düşəcəyi dəqiqləşmişdi. Buna baxmayaraq, sözügedən komandaların görüşü kifayət qədər gərgin və məhsuldar alınıb. 6 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Digər qruplarda isə liderlər əvvəlki turlarda bəlli olmuşdu. B Liqasında 3-cü qrupun qalibi olmuş Bosniya və Herseqovina son turda səfərdə Rumıniyaya böyük hesabla uduzub. Monteneqro isə evdə Finlandiyaya 2 cavabsız qolla məğlub olub.

C Liqasında 4-cü qrupun lideri olan Gürcüstan yığması son turda Cəbəllütariqlə səfər oyunundan da qalib ayrılıb. Şimali Makedoniya yığması isə evdə Bolqarıstana minimal hesabla uduzub.

Nəhayət, D Liqasının 2-ci qrupunun son matçında lider Estoniya San Marinonu səfərdə 4 cavabsız qolla üstələyib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
26 sentyabr

A Liqası, 3-cü qrup

İngiltərə – Almaniya 3:3
Qol: Şou, 72. Maunt, 75. H.Keyn, 84 – İ.Gündoğan, 52. Haverts, 67; 87.

Macarıstan – İtaliya 0:2
Qol: Raspadori, 27. Dimarko, 52.

Xal: İtaliya – 11. Macarıstan – 10. Almaniya – 7. İngiltərə – 3.

B Liqası, 3-cü qrup

Monteneqro – Finlandiya 0:2
Qol: Antman, 47. Kallman, 53.

Rumıniya - Bosniya və Herseqovina 4:1
Qol: Man, 38. Puşkaş, 73; 86. Ratiu, 79 – Dzeko, 77.

Xal: Bosniya və Herseqovina – 11. Finlandiya – 8. Monteneqro – 7. Rumıniya - 7.

C Liqası, 4-cü qrup

Cəbəllütariq – Gürcüstan 1:2
Qol: Annesli, 75 – Kvaratsxeliya, 19-pen. Tsitaişvili, 48.

Şimali Makedoniya – Bolqarıstan 0:1
Qol: Despodov, 50.

Xal: Gürcüstan – 16. Bolqarıstan – 9. Şimali Makedoniya – 7. Cəbəllütariq - 1.

D Liqası, 2-ci qrup

San Marino – Estoniya 0:4
Qol: Anier, 38; 79. Teniste, 56. Sappinen, 66.

Xal: Estoniya – 12. Malta – 6. San Marino – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest