Beynəlxalq Ciu-Citsu Federasiyası (JJIF) Rusiya təmsilçilərinin yarışlara qatılmasına icazə verib. Matc.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, idmançılar, məşqçilər və rəsmi şəxslər turnirlərdə yalnız neytral statusda iştirak edə bilərlər.
 
Onlara yarış zamanı Rusiyanın milli rəmzlərini nümayiş etdirmək və ölkənin himnini səsləndirmək qadağan olunub.
 
Qurum bütün idmançılara bərabər münasibət bəsləyəcəklərini, ədalətli və təhlükəsiz rəqabəti təmin etmək üçün çalışacaqlarını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest