"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu üçün biletlər satışa çıxarılıb

"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu üçün biletlər satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
 
Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "ıticket.az"-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.
 
Oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest