Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun "Qarabağ"la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.

"Olimpiakos" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la IV tur oyunu öncəsi daha bir itki ilə üzləşib. Matc.az  xəbər verir ki, Yunanıstan çempionatının VII turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.
 
Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun "Qarabağ"la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.
 
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest