"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Olimpiakos"a (Yunanıstan) qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən oyundan sonra "CBC Sport"a açıqlamasında bunları söyləyib:
 
"Qol vurub qələbə qazanmağa çalışdıq. Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, bir xal da pis nəticə deyil. Kifayət qədər güclü rəqibə qarşı mübarizə apardıq. Bu komandanı ötən tur səfərdə 3:0 hesabı ilə məğlub etsək də, potensialına bələd idik. Müdafiədən oynayacaqlarını bilirdik".
 
Mustafazadə rəqibin geniş heyətə malik olduğunu söyləyib: "Hər matçdan öncə qarşılaşacağımız komandanın bütün oyunçularını analiz edirik. "Olimpiakos"un bu cür oynaması bizim üçün sürpriz olmadı. Rəqibi tanıyırdıq. Buna uyğun mübarizə apardıq".
 
"Qarabağ"ın müdafiə xəttindəki rəqabətə də toxunan futbolçu bunun komanda üçün faydalı olduğunu vurğulayıb: "Baş məşqçimiz hər şeyi bilir. Kim uyğundursa, o da oynayacaq. Rəqabətli ortamda həm biz, həm də komanda inkişaf edəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest