Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçirilib. Matc.az xəbər verir ki, London "Arsenal"ı İngiltərədə Niderlandın PSV komandasını qəbul edib.

A qrupu çərçivəsində baş tutan bu oyunun taleyini bir qol həll edib. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka qonaqların qapısından keçirib.

"Topçular" bu qələbədən sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. Britaniya təmsilçisi pley-off-a vəsiqəni təmin edib. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb. 

A qrupunda Norveçin "Bodo Qlimt" və İsveçrənin "Sürix" komandaları da mübarizə aparır.

Avropa Liqası
A qrupu
20 oktyabr

Arsenal (İngiltərə) - PSV (Niderland) 1:0
Qol: Qranit Caka, 71.

Xal: Arsenal - 12, PSV - 7 xal, Bodo Qlimt - 4, Sürix - 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest