Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Nant" ilə qarşılaşacaq "Qarabağ" oktyabrın 25-də Fransaya yollanacaq. Matc.az xəbər verir ki, Ağdam təmsilçisini aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 
Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi "Beaujoire" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
 
Oktyabrın 27-də keçiriləcək "Nant" – "Qarabağ" oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest