"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşacağı "Nant"la (Fransa) səfər oyununda komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib. Matc.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumatda bunlar qeyd olunub:
 
"Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Nant" (Fransa) - "Qarabağ" matçını izləmək və komandamızı dəstəkləmək istəyənlər biletləri oktyabrın 27-də - oyun günü saat 19:00-dan 21:00-dək "Beaujoire" stadionunun N2 qapısından ala bilərlər. Biletin qiyməti 32 avrodur. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz vacibdir. Nəzərinizə çatdıraq ki, ödəniş nağd və kartla qəbul ediləcək".
 
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest