Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların yeni siyahısı açıqlanıb.

Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların yeni siyahısı açıqlanıb.

Matc.az turnirin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, ən yaxşı 10 komanda arasında Azərbaycan çempionu "Qarabağ" da var.

Son 5 rəsmi matçda 4 qələbə qazanıb, 1 heç-heçə əldə edən Ağdam təmsilçisi ilk "3-lük"də qərarlaşıb. Ağdam klubundan daha yaxşı formada olan iki komanda var – "Fənərbaxça" və "Renn". Bu iki komanda son beş matçından qalib ayrılıb.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest