"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi 5-ci tur çərçivəsində Fransada "Nant"ın qonağı olub.

Bu oyunda əldə ediləcək bir xal belə, Qurban Qurbanovun komandasına Avroliqanın pley-off mərhələsinə çıxmaq üçün bəs edəcəkci. Məğlubiyyət isə bütün suallara son turda aydınlıq gələcəyi demək olacaqdı. Bu isə "Qarabağ"a sərf etmirdi. Ağdam təmsilçisi son turda Bakıda Almaniya "Frayburq"unu qəbul edəcək ki, bütün ümidləri həmin oyuna bağlamaqdansa, qrupdan çıxış "bilet"ini Fransada qazanmaq daha optimal variant kimi görünürdü.

"Qarabağ" "Nant"la Bakıdakı ilk görüşündə 3:0 hesablı qələbə qazanmışdı. Fransa təmsilçisi indi həm həmin məğlubiyyətin əvəzini çıxmağı, həm də, qrupdan çıxmaq üçün son şanslarından istifadə etməyi hədəfləmişdi. Qarşılaşmada hesabı da ilk yarıda fransızlar açıblar. Amma "Qarabağ" fasilədən sonra hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda isə daha bir qol vuran "Nant" qələbəyə sevinən tərəf olub.

Qrupun digər oyununda lider "Frayburq" autsayder "Olimpiakos"u qəbul edib. Almaniya və Yunanıstan klublarının görüşündə qalib müəyyənləşməyib - 1:1.

Avropa Liqası
G qrupu
27 oktyabr

Nant (Fransa) – Qarabağ 2:1
Qol: L.Blas, 16. İ.Qanaqo, 90+4 - F.Ozobiç, 56-pen.
Baş hakim: Yakob Kehlet (Danimarka).
Nant. "Beaujoire" stadionu.

Nant: 1. Alban Lyafon (k), 3. Andrey Cirotto, 5. Pedro çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba.
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon.
Baş məşqçi: Antuan Kombuare.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest