Fransanın "Nant" komandasının yarımmüdafiəçisi Lüdovik Blas Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Fransanın "Nant" komandasının yarımmüdafiəçisi Lüdovik Blas Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Rəqib həqiqətən çox yaxşı komandadır. Azarkeşlər sonadək dəstək oldular. "Olimpiakos"la qarşılaşmada olduğu kimi, yenə eyni şeyi etdik. Bütün bunlar "Nitsa" ilə oyundakı yüksək səviyyəli çıxışın mükafatıdır. Döyüşməyi sevirik".
 
Blas növbəti mərhələ şansları barədə də danışıb: "Püşkatmadan sonra hədəf qrupdan çıxmaq idi. İkinci yeri tutmağa çalışacağıq. "Qarabağ"la görüşdə olduğu kimi, son turda da inamlı olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest