Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Frayburq" (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılıb.

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Frayburq" (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
 
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).
 
Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Frayburq" matçına saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest