Futbol üzrə Yaponiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Moriyasu Hadzime bu barədə mətbuat konfransında bildirib.

26 nəfərdən ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi, 3 hücumçu yer alıb.

Xatırladaq ki, Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Yaponiya İspaniya, Kosta-Rika və Almaniya ilə birlikdə E qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest