Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunundan əvvəl fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bu gün Frayburqda təşkil olunan mətbuat konfransında heyətdəki itkilərdən söz açıb:
 
"Bəzi itkilərimiz var. Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya getməyəcək".
 
57 yaşlı mütəxəssis hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: "Qapıçı mövqeyində də dəyişiklik ola bilər. Amma hələ kimlərin oynayacağı barədə heç nə demək istəmirəm".
 
Ştrayx "Qarabağ" haqqında xoş fikirlər səsləndirməyi də unutmayıb: "Qarabağ" əla komandadır. Bu komanda həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən oradadır. Bu, son dərəcədə əlamətdar hadisədir".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Frayburq" matçına saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest