"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın "Frayburq" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra "CBC Sport"a açıqlamasında bunları söyləyib:
 
"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik. Məncə, 14 oyunun hamısında futbolçularım çox yaxşı performans göstərdilər. İstəyirdim ki, bu gün ən yaxşı oyunumuz olsun. Onlardan bunu həm tələb, həm xahiş etdim. Futbolçularım sağ olsun ki, avrokubokları bu illik çox yaxşı notlarda başa vurdular. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Möhtəşəm idilər".
 
50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: "Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi. Bizim gördüyümüzə görə, həmin anda epizoda kimi penalti idi. Bilmirəm, nəyə görə oyundan kənar vəziyyət qeydə aldılar. Həmin qərara etirazımı bildirirdim. Amma yenə də epizoda baxdıqdan sonra dəqiq fikir bildirmək olar".
 
Xatırladaq ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest