Komandanın təcrübəli oyunçuları - qapıçı Metyu Rayan və müdafiəçi Metyu Leki üçüncü dəfə Avstraliyanı mundialda təmsil edəcəklər. Rayan həm də komandanın kapitanı olacaq.

Futbol üzrə Avstraliya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, Qrehem Arnold heyətə 26 futbolçunun adını daxil edib.
 
Komandanın təcrübəli oyunçuları - qapıçı Metyu Rayan və müdafiəçi Metyu Leki üçüncü dəfə Avstraliyanı mundialda təmsil edəcəklər. Rayan həm də komandanın kapitanı olacaq.
 
Dç-2006-dan bəri ardıcıl 5-ci dəfə dünya çempionatlarının final mərhələsində iştirak edəcək Avstraliya yığmasının heyətində Aziz Behiç, Milos Degenek, Cekson İrvin, Ceymi Maklaren, Aaron Muy və Beyli Rayt isə ikinci dəfə mundial həyəcanı yaşayacaqlar.
 
Qapıçılar: Metyu Rayan ("Kopenhagen", Danimarka), Denni Vukoviç ("Sentral Coast Marriners"), Endryu Redmeyn ("Sidney");
 
Müdafiəçilər: Harri Sutar ("Stok Siti", İngiltərə), Miloş Degenek ("Kolumbus Kru", ABŞ), Beyli Rayt ("Sanderlend", İngiltərə), Tomas Denq ("Albirex Niiqata", Yaponiya), Fran Karaçiç ("Breşiya", İtaliya), Nataniel Atkinson, Kai Rouls (hər ikisi "Harts", Şotlandiya), Aziz Behiç ("Dandi Yunayted", Şotlandiya), Coel Kinq ("Odense", Danimarka);
 
Yarımmüdafiəçilər: Aaron Mui ("Seltik", Şotlandiya), Cekson İrvin ("Sent Pauli", Almaniya), Aydın Xrustiç ("Verona", İtaliya), Kemron Devlin ("Harts", Şotlandiya), Rayli Makqri ("Middlsbro", İngiltərə), Keanu Bakus ("Sent. Mirren", Şotlandiya);
 
Hücumçular: Ceymi Meklaren ("Melburn"), Mitçell Dyuk ("Fagiano Okayama", Yaponiya), Ceyson Kamminqs, Qaranj Kuol (hər ikisi "Sentral Koast Marriners"), Aver Mabil ("Kadis", İspaniya), Metyu Lekki ("Melburn"), Kreyq Qudvin ("Adelaide United"), Martin Boyl ("Hibernian", Şotlandiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest