Dünya çempionatında dünən keçirilən İngiltərə - ABŞ oyununda maraqlı statistika açıqlanıb. Matc.az xəbər verir ki, qolsuz bərabərliklə yekunlaşan görüşdə ingilislərin kapitanı Harri Keyn diqqət mərkəzinə düşüb.

Belə ki, Keyn oyun ərzində bir dəfə də olsun qapıya dəqiq zərbə endirə bilməyib. Qol şansı yarada bilməyən Harrinin hesabında 2 qeyri-dəqiq zərbə, 39 topa toxunma var.

Xatırladaq ki, Keyn Qətərdəki mundialda hələ qol vurmayıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest