Almaniya III Bundesliqasında XXVI turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, "Proyssen" tur çərçivəsində "Aalen"i qəbul edib.

Turnir cədvəlinin sonuncusu ilə görüş yığmamızın hücumçusu Rüfət Dadaşovun komandası üçün uğurlu alınıb. Belə ki, Münster təmsilçisi 4:0 hesablı qələbəyə sevinib. Matça ehtiyatdan başlayan Dadaşova baş məşqçi bu görüşdə ehtiyac duymayıb.

Qeyd edək ki, "Proyssen" bu qələbə sayəsində 38 xalla 6-cı yerə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest