Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib. Matc.az xəbər verir ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
 
Qadınlar -48, -57 və +70 kq-da, kişilər isə -73, -90 və +90 kq çəki dərəcələrində güclərini sınayıblar.
 
Bürünc medal uğrunda görüşlərdə "Kanokan TT" İdman Klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, "Neftçi İdman Klubu 2" isə 4:1 hesabı ilə "Atilla İdman Klubu İdman Birliyi 2"-yə qalib gəlib.
 
Final görüşü "Neftçi İdman Klubu 1" ilə "Atilla İdman Klubu İdman Birliyi 1" arasında keçirilib. "Neftçi İdman Klubu 1" 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
 
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
 
1. Neftçi İdman Klubu 1
2. Atilla İdman Klubu İdman Birliyi 1
3. "Kanokan TT" İdman Klubu
3. Neftçi İdman Klubu 2
5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
5. Atilla İdman Klubu İdman Birliyi 2
7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi
7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest