"Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar. Bu gün açıq futbol sərgilədik. Ancaq bunun üzərində hələ çox çalışmalıyıq. Düşünürəm ki, məşqçilər korpusu oyunu təhlil edəcək"

"Sabah"a qış fasiləsindən sonra gəlmişəm. Bu üzdən komandadakı qeyri-stabilliyin səbəbi barədə nəsə demək mənə çətindi. Deyə bilərəm ki, necə lazımdısa məşqlərimizi edirik. Sadəcə, hansısa məqamda nəsə çatmır".

Matc.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın yarımmüdafiəçisi Rəşad Eyubov Topaz Premyer Liqasının XIX turunda "Neftçi" ilə keçirilən oyunu (0:3) dəyərləndirərkən deyib. Dövrələrarası fasilədə məhz "Neftçi"dən "Sabah"a keçən orta sahə oyunçusu bu amilin oyununa təsir etmədiyini söyləyib.

Eyubov "Neftçi"yə özünü sübut etmək barədə düşünmədiyini vurğulayıb: "Mənim üçün prinsipial oyun deyildi. Yalnız "Sabah"ın qələbəsi üçün meydana çıxmışdım. "Neftçi"yə qarşı məndə hansısa revanş hissi, prinsipiallıq yox idi. Aqressiv olmağım bəzi epizodlarda narazı qalmağımla bağlı idi".

27 yaşlı oyunçu əlavə edib ki, ötən turda "Qarabağ"dan (1:1) xal aldıqdan sonra "Neftçi"ni də büdrəcəklərinə inanıblar: "Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar. Bu gün açıq futbol sərgilədik. Ancaq bunun üzərində hələ çox çalışmalıyıq. Düşünürəm ki, məşqçilər korpusu oyunu təhlil edəcək. Demək olmaz ki, məğlubiyyətdə səbəb seçilən taktika idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest