İspaniya La Liqasında XXVI turun daha 4 oyunu baş tutub. Matc.az saytının məlumatına görə, "Vilyarreal" öz meydanında "Alaves"ə uduzub.

"Hueska"nın qonağı olan "Sevilya" son saniyə qoluna üzülüb.

"El Klasiko"da isə "Real"la "Barselona" həftə ərzində ardıcıl ikinci dəfə üz-üzə gəlib. Kataloniya klubu İspaniya Kral Kubokunda olduğu kimi, bu dəfə də "Santyaqo Bernabeu"dan qələbə ilə dönür.

 

İspaniya La Liqası

XXVI tur

"Espanyol" - "Valyadolid" - 3:1

İqlesias, 1; Hermoso, 55; Vu Li, 65 - Alkaraz, 17

"Vilyarreal" - "Alaves" - 1:2

Kazorla, 61 (pen.) - Maripan, 54; İnui, 77

"Hueska" - "Sevilya" - 2:1

Xuanpi, 7; Avila, 90+8 - Ben Yedder, 79 (pen.)

"Real" - "Barselona" - 0:1

Rakitiç, 26

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest