“Oyunumuz pis alınmadı. Əsas odur ki, qalib gəldik”. Matc.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Baqali Dabo deyib.

Topaz Premyer Liqasının XIX turunda “Sabah”la qarşılaşan “ağ-qaralar” 3:0 hesablı qələbə qazanıblar.

Qarşılaşmada komandasının qollarından birinə imza atan Dabo oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

O, qələbəni belə şərh edib: “Bütün komanda yaxşı oynayanda, bu, nəticəyə də öz təsirini göstərir. “Səbail”ə qarşı da belə oynamışdıq, sadəcə, bu dəfə səhvlərimiz az idi”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest