Gənc boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Matc.az xəbər verir ki, 58 komandanın 215 oğlan idmançısının qatıldığı yarışın ilk günündə 31 döyüş baş tutub.
 
51, 54, 57 və 60 kq çəki dərəcələrində 1/16 final mərhələsinin qarşılaşmaları olub və növbəti mərhələyə vəsiqə qazanan boksçuların adlarına aydınlıq gəlib. Yığma üzvlərindən yeniyetmələrdən gənclər komandasına keçən Avropa birinciliyinin mükafatçısı Məhəmmədəli Qasımzadə inamlı qələbə qazanıb.
 
ölkə birinciliyinə dekabrın 22-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 13:00-da başlayacaq.
 
Azərbaycan birinciliyi
1/16 final mərhələsi
 
51 kq
 
Məhəmməd Şəfiyev (DGK İK) – Həsən Nəsibli (Zaqatala) – birinci döyüşə gəlməyib
 
Elvin Zeynalov ("Qara papaq" İK) – Səyad Zeynalzadə (UGM-7) – birinci tam üstünlüklə qalib gəlib
 
Hüseyn Seyfullayev (Lənkəran) – Natiq Əliyev (Tovuz) – ikinci döyüşə gəlməyib
 
Məhəmməd Məmmədov (Goranboy) – Emil Paşayev (Olp-18) – ikinci döyüşə gəlməyib
 
Ələkbər Zamanlı ("Neftçi" İK) – Nicat Hidayətli ("Qızıl əlcək" İK) – 5:0
 
Səid Mirzəyev (Cəlilabad) – Ənəs Ağayev ("Təhsil" RİM) – birinci döyüşə gəlməyib
 
54 kq
 
Tağı Nəsibov ("Sərhədçi" İK) – Hüseyn İmanov ("Qara papaq" İK) – 5:0
 
ömər Aslanlı (Sumqayıt) – Kamil Həsənov ("Təhsil" Sumqayıt) – birinci qalib gəlib
 
Fərid Hüseynov (Laçın) – Elmar Musayev ("Neftçi" İK) – 3:2
 
Tofiq Quliyev ("Məhsul" İC) – Rüstəm Xəlilov ("Marafon" İK) – 3:2
 
Nicat Rəhmanov (Şabran) – İslam Məmmədli (Z-1 İK) – 0:5
 
İbrahim Əliyev (UGM-7) – Elvin Quliyev (Ağsu) – 5:0
 
Qismət İsmayılov ("Zenit" İC) – Cəlal Şahverdiyev (Astara) – 0:5
 
Əli Məmmədov (Olp-18) – Murad Məmmədov (Biləsuvar) – ikinci qalib gəlib
 
Aydın Kərimli (MOİK) – İbrahim Zeynalov (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib
 
57 kq
 
Məhəmmədəli Qasımzadə ("Ağa" BK) – Nihat Süleymanov (FHN İK) – birinci tam üstünlüklə qalib gəlib
 
Yusif Məmmədli (UGM-7) – Fərid İsmayılov (Şəmkir) – birinci döyüşə gəlməyib
 
60 kq
 
Nadir Məlikov (Sumqayıt) – Nurlan Paşayev (Mingəçevir) – 5:0
 
Simral Mustafayev (Qazax) – Əli Nəcəfov (Siyəzən) – ikinci tam üstünlüklə qalib gəlib
 
Murad Əkbərov ("Spartak" İK) – Eltac Əliyev (DGK İK) – ikinci tam üstünlüklə qalib gəlib
 
Həzrət Kərimov ("Kür" İK) – Məhəmməd Cabbarlı (Göygöl) – 5:0
 
Fəxri Səfərov (UGM-7) – Ansari Alisina ("Sərhədçi" İK) – birinci diskvalifikasiya olunub
 
Kamil Hacıyev (Ağdaş) – Uğur Tağıyev ("Neftçi" İK) – ikinci tam üstünlüklə qalib gəlib
 
Əli İsayev ("Neftçi" İK) – İsmayıl Ağaverdiyev ("Qara papaq" İK) – birinci tam üstünlüklə qalib gəlib
 
Mirələm Məcidli (UGİM-1) – Riyad Məmmədov ("Qızıl əlcək" İK) – 4:1
 
Səccət Nəsir ("Zabit" İK) – ülvi Mirzəyev (FHN İK) – 0:5
 
Məhəmməd Hüseynli (Cəlilabad) – Elgün Həsənov (Gəncə) – 0:5
 
Elvin Şəbəddinov (Şabran) – Seyidalı Bayramov (UGM-13) – ikinci tam üstünlüklə qalib gəlib
 
Fərid Məmmədov (888 BK) – Hüseyn Məmişov ("Səbail" İK) – 1:4
 
Elmar Mərdanzadə ("Təhsil" Sumqayıt) – Məhəmməd Həbibli (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib
 
Kişi Şükürov (METE İK) – Murad Seyidli ("Təhsil" İK) – ikinci tam üstünlüklə qalib gəlib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest