Azərbaycanın və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək. Matc.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 4-cü sınağına çıxacaq.
 
Ağır çəki dərəcəsində çıxış edən idmançımız titul döyüşündə qüvvəsini sınayacaq. 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.
 
"Karate Combat 37" çərçivəsindəki döyüş ABŞ-ın Florida ştatında təşkil olunacaq. Qarşılaşmadan bir gün əvvəl idmançıların iştirakı ilə çəki mərasimi keçirilib.
 
Xatırladaq ki, ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edən Rafael keçirdiyi üç döyüşün hamısında qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest