Yaponiyada qadın voleybolçular arasında dünya çempionatı davam edir. Matç.az saytının məlumatına görə, C qrupunda yer alan Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

İlk 3 turda cəmi 1 qələbə qazanan yığmamızın rəqibi qrupun autsayderi Trinidad və Tobaqo olub. Gözlənildiyi kimi, görüş Faiq Qarayevin yetirmələrinin üstünlüyü şəraitində keçib. Rəqib yalnız ilk setdə müqavimət göstərə bilib. Sonrakı setlərdə çətinliklə üzləşməyən millimiz 3:0 hesablı qələbə qazanıb.

Bu qalibiyyətdən sonra xal ehtiyatını 6-ya yüksəldən komandamız qrupda son görüşünü sabah Tailanda qarşı keçirəcək.

Dünya çempionatı

C qrupu, IV tur

Azərbaycan – Trinidad və Tobaqo – 3:0 (29:27, 25:16, 25:17)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest